"Gələcəkdə tamamilə avtonom işləyən sözügedən robot Ay, Mars və ya Antarktikada bir neçə il ərzində binalar inşa edə biləcək" – layihənin direktoru Stiven Kitinq deyib.
Teleqraf.com "ICTnews"a istinadən yazır ki, sistem böyük avtonom manipulyator qurulmuş tırtıllı maşın formasındadır.
Sınaqlar çərçivəsində diametri 15 metr, hündürlüyü 3,65 metr olan günbəzin divarları "çap edilib". Sistem 14 saat ərzində bu işin öhdəsindən gəlib. Bundan sonra işçilər yalnız hazır formaya beton tökməlidirlər.
Sistem, həmçinin konkret tikinti sahəsinin tələblərinə və sifarişçinin arzularına uyğunlaşdırıla bilər.