Teleqraf.com xəbər verir ki, Yutub şəbəkəsindəki bir video 10 yanlış haqqındadır.
1-ci yalan
Beynimizin yalnız 10 faizini işlədirik. Bu fikir aparılan araşdırmalarda isbatlanmadı. Məlum oldu ki, biz yuxuda olanda belə, beynimizi 100 faiz gücüylə işləyir.
2-ci yalan
Sağlam dişlər ağappaq olur. Bu fikir diş məcunu reklamlarının təsiri ilə formalaşıb. Əslində isə dişlər sümük olduğuna görə rəngi ağdan çox sarıya yaxındır.
3-cü yalan
Beyin hüceyrələrinin yaşlı insanlarda inkişaf etmədiyi və yenilənmədiyi kimi yanlış məlumatlar da var. Halbuki beynimiz hər yaşda özünü yeniləyə bilir. Gənc yaşlarda hüceyrələrin yenilənməsi daha tez, ahıl vaxtda isə ləng baş verir. Amma heç vaxt dayanmır. Ta ölənə qədər.
Qalan yanlışlıqları videodan izləyə bilərsiniz.
Şəfiqə Nazimqızı