Teleqraf.com xəbər verir ki, bunu "Gender problemləri və media” mövzusunda keçirilən seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, uzun müddətli mühafizə orderləri verilən şəxslərin sayı artıb: "2016-cı ildə 3 qısamüddətli, 4 uzunmüddətli mühafizə orderi verilib".
Qeyd edək ki, mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb.
Məişət zorakılığının qarşısının alınması haqqında qanunun Mühafizə orderi adlı bəndi var. Həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs qanunun ona tanıdığı üstünlükdən yararlana bilər.
Mühafizə orderi qısa və uzunmüddli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon İcra Hakimiyyətinə yaxınlaşmalıdır. Çünki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bütün İcra Hakimiyyətlərində monitorinq qrupu var. Monitorinq qrupu 24 saat ərzində məsələni araşdırdıqdan sonra 1 aylıq order çıxarır. Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.
Mühafizə orderi əldə edən şəxs dəyən maddi, mənəvi hətta tibbi xərcləri belə qarşı tərəfdən tələb edə bilər.
İlhamə ƏBÜLFƏT