4 May 2017 12:11
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-də Güney Azərbaycan şəhərlərində baş verən sel fəlakəti zamanı itkin düşənlərdən daha birinin cəsədi tapılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin nümayəndəsi Əli Şuhudi məlumat verib:

“Yerli əhali və xilasedici qrupların uzun müddət axtarışından sonra bu gün itkin düşmüş sonuncu şəxsin cəsədi aşkar edilib, bununla da axtarış işləri sona çatdırılıb”.

O, əlavə edib ki, aşkar edilən sonuncu cəsəd 22 aylıq Pərinaz Hidayəti adlı uşağa aiddir: “Cəsəd Azərşəhrin Teymurlu kəndində şəhid Sərdari kanalında aşkar edilib. Bununla da aprelin 14-də baş verən təbii fəlakət qurbanlarının sayı 44-ə çatdı”.

Bu arada mayın 3-də yağan güclü yağışlar Güney Azərbaycanın Nəmin və Germi şəhərlərində fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub. Germidə 12 məhəlləni sel basıb, nəticədə 50 evə ziyan dəyib. Daşqın suları Nəmin şəhərinin Ənbəran bölgəsində də fəsadlar törədib.

Samir


Müəllif:

Oxşar xəbərlər