4 May 2017 18:31
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə nazirlikdə xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin başçıları ilə görüş keçirib.

Bu barədə Teleqraf.com-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı R.Aslanlı xarici ölkə səfirlərinə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən bəhs edib və bu sahədə MBNP-nin üzərinə düşən vəzifələr barədə məlumat verib. Bundan əlavə, strateji yol xəritələri ilə müəyyənləşdirilmiş maliyyə sektoru qarşısında duran əsas hədəflər, imkanlar və bütövlükdə maliyyə sektorunda islahatlar gündəliyi müzakirə edilib.

Xarici ölkələrin Azərbaycandakı səfirləri maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması məqsədilə ölkədə aparılan islahatları yüksək qiymətləndirdiklərini bildiriblər.

Görüş əsnasında ölkədə göstərilən maliyyə xidmətləri ilə əlaqədar diplomatik korpus nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, o cümlədən yeni qanunvericilik aktları, “Nağdsız hesablaşmalar haqqında” qanun və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər