7 May 2017 00:09
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoç - yaxın ətrafınızdakı insanlarla aktiv əlaqələrdə olun. Maraq dairənizdə olan insan və ya nəsnə ilə bağlı fikrinizi dəyişə biləcək mühüm məlumat ala bilərsiniz. Uzaqdan xəbər istisna deyil.

Buğa - ehtiyac və məntiq çərçivəsində hərəkət edin. Fiziki işlə məşğul olmaq məsləhətdir. Axına qarşı getməyin, yaxınlarla münaqişəyə başlamayın, amma kimsənin təsiri altına da düşməyin. Mübahisəli məsələləri tədricən təhlil edin.

Əkizlər - Venera və Saturnun münasibətləri qüvvə ilə enerjinizi artıracaq, həllini tələb edən cari məsələlərdən birini çözməyə imkan yaradacaq. Amma alınan informasiya, görüş və ya tərəfdaşla, şəriklə, rəfiqə və ya dostla söhbət planlarınızla yanaşı, müəyyən, konkret məsələyə münasibətinizi dəyişə bilər.

Xərçəng - əməkdaşlıqda maraqlı olan insanların sözlərinə, davranışına diqqət yetirin. Öz hərəkətlərinizə də nəzarət edin. Valideynlərlə ünsiyyət üçün vaxt tapın. Axşam saatlarında aktiv istirahəti seçin.

Şir - Kallisto və Makemakenin münasibətləri sizdən ətrafdan baş verən hər şeyə diqqətlə baxmağı tələb edir. Görüş və səfərdən imtina etməyin. İndi ən kiçik mənbədən belə, faydalı məlumat əldə edə bilərsiniz.

Qız - gün ərzində yaşananlar sizdə narazılıq yarada bilər. Tanış, şərik, iş yoldaşı vədini yerinə yetirməyə tələsmir, şərtləri pozur. Bu səbəbdən də müxtəlif şərtlər və vəsilələrə görə planlarınızın gerçəkləşməsi təxirə düşə bilər.

Tərəzi - zəhmətkeş, inadkar, qətiyyətli olsanız, hər şey alınacaq. Görüş və söhbətlərin qeyri-adi, maraqlı mənası ola bilər. Hər halda öyrənəcəyiniz məqamlar karınıza gələcək.

Əqrəb - ilk növbədə, cari məsəlləəri həll edin. İstək və potensial olarsa, daha ciddi maneələri dəf etmək barədə düşünmək olar. Şəxsi həyatda da təşəbbüslərin müəllifi siz olun.
Ailə üzvlərinizi də işinizlə maraqlandırın ki, onlar sizə yardım etmək istəsinlər.

Oxatan - praktik olun, stabilliyi risk altına atmayın. Perspektivləri müəyyən olmayan layihənin taleyi həll olunarsa, ciddi səy göstərin. Üstəlik, nəyisə qurban verməli olacaqsınız.

Oğlaq - münasibətlərdə çəkişmələrə varmayın. Emosiyalar mühüm olsa da, sevdiyiniz insanın xətrinə dəyməyin. Səbrli, soyuqqanlı olun.

Dolça - tezliklə effekt verə biləcək işlər daha aktualdır. Evdəki durum barədə də eyni sözləri demək olar. Ağır fiziki iş görsəniz belə, sürətlə, konkret məqsədlə çalışın.

Balıqlar - Pluton və Sereranın münasibətləri hadisələri sürətləndirəcək. Gərginlikdən başınız ağrısa da, ətalətlə davranmayın. Yeni mərhələyə hazır olun, çünki işin kəmiyyəti artacaq. Görüləsi işlərin heç birini təxirə salmayın, sabaha saxlamayın.


Müəllif:

Oxşar xəbərlər