8 May 2017 17:59
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı çoxsaylı idmançıların və qonaqların ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunları zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün Tədbirlər Planı hazırlanıb.

Tədbirlər Planına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçıların, qonaqların, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin “Koroğlu” stansiyasına qədər KİSS markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Eyni zamanda Bakı sərnişin stansiyasında və KİSS markalı elektrik qatarlarında quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycan Respublikası ilə bağlı tanıtım və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reklam çarxları yayımlanacaq.

Yarışların keçiriləcəyi müddətdə Bakı sərnişin stansiyasında və “Koroğlu” stansiyasında sıxlığın yaranmasının qarşısının alınması və işin lazımi qaydada həyata keçirilməsi məqsədi ilə sərnişinlərin qarşılanması, onların yönləndirilməsi, eyni zamanda Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər