11 May 2017 20:39
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

SİM kartların başqasına verilməsinə qadağa qoyulacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, yeni qanun müəyyən problemlər yarada bilər: “Ailələrin əksərində uşaqların işlətdikləri nömrələr, həmçinin xeyli sayda yaşlı sakinlər var ki, onların işətdikləri nömrələr, xeyli sayda hüquqi şəxslərə aid nömrələr tamamilə başqa şəxslərin adına sənədləşdirilib.

Əgər qanun layihəsi son dövrlərin təcrübəsinə əsaslanaraq heç bir ictimai müzakirə olmadan bu fomada qəbul olacaqsa, deməli, buna uyğun da yeni cərimələr qaçılmaz olacaq.

Ümumiyyətlə, texnologiyaların indiki inkişaf mərhələsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mobil nömrələrə qarşı bu cür sərt yanaşmanın elə də effektiv olacağını düşünmürəm”

Qeyd edək ki, Milli Məclisdə “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib. Belə ki, yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər