Teleqraf.com xəbər verir ki, “Youtube”də yerləşdirilmiş videoda bu sehirbaz hiylələrindən danışılır.
Su üzərində gəzmək nömrəsi hamını heyrətləndirir, desək, yanılmarıq. İnsanlar çaşqınlıqla bunun necə baş verdiyini özlərinə sual verərlər. Əslində isə sehirbaz suyu altına şəffaf bir plastik yerləşdirir, aşağıdakı xüsusi geyimli dalğıclar isə həmin lövhəni tutub saxlayırlar.
Qıfıllı bir qutunun su ilə dolu hovuzdan çıxması nomrəsi də ən həyəcanverici nömrələrdəndir. Bu nömrədə köməkçinin rolu böyükdür. Onun səhvi sehrbazın ölümünə səbəb ola bilər. Əslində isə nömrənin mahiyyəti ondan ibarətdir ki, qutunun ağzı qıfıllansa da cəftənin mismarını çıxarır və beləliklə, sehirbaz cəld şəkildə sudan çıxa bilir.
Şəfiqə