Teleqraf.com-un məlumatına görə, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin təşkil etdiyi mərasimdə Bakı 2017 çərçivəsində ölkəmizə təşrif buyuran idmançılar, o cümlədən xarici ölkələrin Azərbaycandakı diplomatik korpusunun nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər ictimai xadimlər iştirak edib. Ziyafətdə ərəb musiqiləri səsləndirilib.
Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsi prezidentinin müavini, şahzadə Əldüblhəkim Əl Səud bildirib ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının İslam dünyasının həmrəyliyi üçün çox böyük əhəmiyyəti var: “Bu oyunlar idman vasitəsilə müxtəlif müsəlman ölkələrini bir araya gətirib onları bu yarışlar ətrafında birləşdirir. Azərbaycan Bakı 2017-ni çox gözəl təşkil edib. Biz öz növbəmizdə Azərbaycana təşəkkür edirik. Belə yüksək səviyyədə təşkilatılıq İslam həmrəyliyi uğrunda bir addım sayılır. Düşünürük ki, bu cür oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi idman sahəsində də genişləndirəcək”.
Şahzadə Prezidenti İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsini yüksək qiymətləndirdiyini əlavə edib: “Azərbaycan prezidentinin bu təşəbbüsü İslam ölkələri arasında birlik və vəhdətin yaradılmasında öz sözünü deyəcək və töhfəsini verəcək”.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad