Teleqraf.com xəbər verir ki, “Azərbaycana səyahət” adlı foto sərgi Azərbaycan Dostları Assosiasiyası və Paris Azərbaycan Evinin təskilatçılığı ilə baş tutub. Tədbiri Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva açaraq qonaqlara sərginin məqsədi barədə məlumat verib, fotoların muəlliflərini təqdim edib.
Daha sonra vernisajda iştirak edən Azərbaycanının Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Azərbaycan Demokratik Respublikasının yaranışı və tarixi barədə danışıb, bu günün ölkə tarixindəki çox mühüm bir gün olduğunu qeyd edib.
Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean François Mansel öz növbəsində Azərbaycan Fransa dostluq əlaqələrinin getdikcə daha da genişləndiyini və Azərbaycanın məhz bu kimi tədbirlər sayəsində Fransada daha da tanındığını, vurğulayıb.
Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoları təqdim olunub. Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirən fotolar izləyicilər tərəfindən geniş rəğbətlə qarşılanıb.
Tədbirdə Fransa Parlament və Senat üzvləri, fransız jurnalistləri, şirkət rəhbərləri və diaspora nümayəndələri iştirak edib.
Qeyd edək ki, mayın 2-də açılan sərgi mayın 31-dək davam edəcək.