19 May 2017 19:38
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Masallıda baş verən yanğın hadisəsi haqqında məlumat yayıb.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Masallı şəhərində beş vətəndaşa məxsus, ümumi sahəsi 770 m2 olan, bir çardaq altında tikilmiş fərdi yaşayış evlərinin yanar konstruksiyaları, əşyaları 325 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb.


Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər