1 İyun 2017 10:48
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonu, Quzanlı qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

Hövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 04:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Füzuli rayonu, Zobucuq qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 1 otaqlı evin hamamıında 1 ədəd paltaryuyan, hamamın lambirdən ibarət tavanı və divar üzlüyü 4 m2 sahədə yanmıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 10 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Şəfiqə Nazimqızı