2 İyun 2017 17:43
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

Gözəl Bayramlının vəkili Elçin Sadıqov Teleqraf.com-a bildirib ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin etməyib.

İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Gözəl Bayramlı özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Gözəl Bayramlı barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla Gözəl Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.


Müəllif: Hacı Zeynalov