4 İyul 2017 10:51
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda yandırılaraq məhv edilən zeytun bağları ilə bağlı araşdırmaya başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsinin sakini Rövşən Musayev tərəfindən Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı nazirliyə şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı uzun müddət baxımsız qalaraq köküstə tam qurumuş zeytun və badam ağaclarının olduğu, 7 ədəd zeytun ağacının isə traktor vasitəsilə kökündən çıxarıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub, təqsirkarların müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə məktub göndərilib.

Araşdırma zamanı müəyyən olub ki, Abşeron İcra Hakimiyyətinin 2016-cı ildən 224 nömrəli sərəncam ilə Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi icarəyə verilib. Məqsəd yeni badam bağının salınmasıdır. Bağ “İdeal-Biznes” CO MMC-yə 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında torpaq icarəsi müqaviləsi bağlanıb.

Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi “İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər