Teleqraf.com xəbər verir ki, bunu "Qız uşaqlarının dəyərinin təsviqi üçün ictimai məlumatlılığın artırılmasında medianın rolu" təlim-seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, psixoloqların yoxluğundan valideynlər də narahatdır: "Məktəblərdə hər il çoxsaylı tədbirlər keçiririk. Rast gəldiyimiz psixoloqlardan soruşuruq ki, gün ərzində hər hansı sinifdə test etməlisən, edirsənmi? Deyirlər yox, təcrübəmiz yoxdur".
Aynur Veysəlova qeyd edib ki, Dövlət Komitəsi yeni tədris ilində yeni layihə təqdim edəcək: "Bir psixoloji mərkəzlə 1-4 siniflər arasında iş aparılacaq. Həmin işin dəyərlənməsi nəticəsində yeni layihə hazırlanacaq.
Biz tədqiqat üçün ən həssas rayonları seçmişik. Elə rayonları seçmişik ki, orada boşanma faktı, erkən nikahlar, abortlar, məişət zorakılığı, cinayətkarlıq çoxdur. Məqsədimiz odur ki, vəziyyətdən çıxış yolunu birlikdə hazırlayaq".