Bu barədə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumatda qeyd olunub.
Bildirilir ki, bunlardan 99 min 694-i yerli, 57 min 808 isə xarici turistlər olub. Rayonlar üzrə isə ən çox turist Qəbələyə üz tutub. Onların sayı 95 min 480 nəfər olub. Bu müddət ərzində Şamaxını 32 min 230, İsmayıllını 23 min 517, Qobustan rayonunu isə 6 min 275 turist ziyarət edib.
Xarici turistlərin əsas hissəsini isə Türkiyə, Rusiya, Koreya, eləcə də Avropa, Orta Asiya və ərəb ölkələrindən olan turistlər təşkil edib.