10 İyul 2017 00:42
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yeni inşa edilən binadan 3 otaqlı mənzilin 65 min manat pulunu nağd ödəyərək alan Tağıyevlər ailəsini indi heç binanın həyətinə də buraxmırlar.

Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, zərərçəkən Sünbül Tağıyevanın sözlərinə görə, evi onlara müqavilə ilə satıblar. Hətta sakindən əlavə 650 manat pul da alıblar ki, evə qaz çəkdiriləcək. Və bundan sonra mənzilin rəsmi sənədi-çıxarışı veriləcək. Zərərçəkənin sözlərinə görə, bu binadan bir neçə vətəndaşa onlara verilən sənədin eynisi ilə mənzillər satılıb. Onlar da elə buna arxayın olaraq pulu nağd ödəyiblər.

Zərəçəkənin ödəniş haqqında sənədləri və evin müqaviləsi də var. İndi onlar əllərində olan sənədlərlə hər gün mənzil aldıqları satış yerinə getsələr də, nə müdiriyyəti tapa bilirlər, nə də ki, binadan içəri girə bilirlər.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, heç kəsi tapa bilmədik. Binanı inşa edən nömrələrinə zəng çatmadı.

Hüquqşünas Xəyal Bəşirov isə vətəndaşın ödəniş və müqaviləsi olduğu halda məhkəmə yolu ilə ona dəyən ziyanı tələb edə biləcəyini deyir. Zərəçəkən ona dəyən ziyanı eyni ölçülü mənzil formasında və ya ödədiyi məbləğ qədər tələb edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər