10 İyul 2017 11:32
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Qulluğuna Qəbul Komissiyasının Dövlət İmtahan Mərkəzinə birləşdirilməsi islahatların dərinləşməsinə gətirib çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bunu "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, DİM-in fəaliyyəti gələcəkdə dövlətin dayanıqlı inkişafına gətirib çıxaracaq: "DİM fəaliyyətə başladığı ilk gündən vətəndaş cəmiyyətləri sıx əlaqədə işlədi, DİM-in yanında ictimai şura yaradıldı. Təbii ki, bizim də bir çox gözləntilərimiz var".

Əliməmməd Nuriyev bildirib ki, DİM-in nizamnaməsinə edilən dəyişikliklər qurumun şəffaf fəaliyyət göstərməsinə imkan verir: "Bununla yanaşı dövlət qulluğuna qəbulla bağlı bir sıra problemlər də var. Biz bunu Dövlət Qulluğu Komissiyasının fəaliyyətində də rast gəlirdik. Əsasən müsabiqə məsələlərində problem olurdu, bəzən vakansiyaların elanı gecikdirilir və ya gizlədillirdi. Ümid edirəm ki, bu problemlər aradan qaldırılacaq".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər