Teleqraf.com xəbər verir ki, bu sözləri “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov bunu səhv və təhlükəli addım sayır.
Onun sözlərinə görə, bəziləri hətta avtomobili uzun müddətə tərk edib gedirlər: “Bu həm qanunsuz, həm də çox təhlükəlidir. Belə vəziyyətin təhlükəliliyi həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır. Durduğu yerdə mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər.
İstehsalçı zavodların mühərriki işləyən avtomobilin qapılarını bayırdan kilidləmək funksiyası qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli, elektrik sisteminə müdaxilə edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur”.