Məsələ ilə bağlı Teleqraf.com Bakı Metropoliteni QSC-nin məsul şəxsləri ilə əlaqə saxlayıb.
Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev jetonla ödəmə sisteminin çoxdan ləğv olunduğunu bildirib: “Artıq neçə ildir metrolarda kart sistemi tətbiq olunub. Sərnişinlərin metrodan jetonla istifadə etdiyi vaxtlar nə olub, necə olub - bu barədə məlumatım yoxdur.”
Bakı Metropoliteni QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev məsələdən xəbərsiz olduğunu qeyd edib.
Bakı Metropoliteni QSC-nin rabitə xidmətinin rəisi Elçin adlı şəxs isə məhkəmədə səslənmiş iddia ilə bağlı araşdırma aparıldığını deyərək daha sonra əlaqə saxlamağı məsləhət görüb.
Qeyd edək ki, 2006-cı ildən etibarən Bakı metropolitenlərində köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlayıb. 2007-ci ildə tam olaraq kart sisteminə keçilib.
6 avqust 2015-ci ildən isə Bakı metropolitenində vahid kart sistemi işə düşüb.
30 sentyabr 2009-cu ildə Tarif Şurasının iclasında Bakı Metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən gediş haqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması barədə qərar qəbul olunub. 2011-ci il dekabrın 1-dən etibarən metroda gediş haqqı yenidən qalxaraq, 20 qəpik olub.
Xatırladaq ki, Tağı Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.