24 Aprel 2014 14:52
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditini aparıb. Audit nəticəsində bəzi nöqsanlara yol verildiyi də müəyyən edilib.

Teleqraf.com-un verdiyi xəbərə görə, nazirlik həmin nöqsanların aradan qaldırılması istiqamətində bir sıra tədbir görərək Hesablama Palatasına verilən məlumat verib.

Məlumatında göstərilir ki, büdcə təkliflərində yeni layihələndirilən obyektlər üçün müvafiq sənədlər təqdim edilib, bir halda nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinin müqavilə qiymətləri qüvvədə olan qaydaların tələbinə uyğun təyin edilib, bir Olimpiya Kompleksi üzrə aktlara daxil edilmiş yerinə yetirilməyən işlərə görə ödənilmiş 47602,12 manat məbləğində vəsait podratçıya olan borcdan azaldılıb, bir halda dəyəri 22000,0 manat olan 2000,0 kvadratmetr sahədə asfalt-beton işlərinin icrasının və beş hal üzrə obyektdə olmadığı halda aktlara daxil edilən 81,7 min manat məbləğində inventar və avadanlıqların dörd podratçı tərəfindən quraşdırılması təmin edilib.

Məlumatda o da qeyd olunub ki, dəyəri 165,6 min manat olan tikintisi başa çatmış 14 obyektin dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edildiyi və balans hesablarına uçota alınması üçün müvafiq işlərin aparıldığı qeyd olunub.

SEVİNC


Müəllif:

Oxşar xəbərlər