19 İyul 2017 21:46
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Müəllif: Teleqraf.com