Bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, Ukraynanın Sumi vilayətində “qarayara” xəstəliyinin qeydə alınsa da, Azərbaycan üçün təhlükə yoxdur: “Həmin vilayətindən Azərbaycana nə kəsilmiş heyvan əti, nə də diri heyvan gətirilmir. Ölkəyə əsasən Kiyev, Odessa kimi şəhərlərindən ət və diri heyvan gətirilir. Həmin ərazilərdə epizootik vəziyyətin sabit olduğu yerlərdir. Bu infeksiya sürətlə yayılan xəstəliklərdən olsa da, ölkəmiz üçün heç bir təhlükə yoxdur”.
Yolçu Xanvəli bildirib ki, hər il olduğu kimi bu ildə də epizootik tədbirlər planına uyğun olaraq həm iri buynyzlu, həm də xırda buynuzlu heyvanlarda və eləcə də cütdırnaqlılar və donuzlar arsında peyvəndləmə tədbirlərini həyata keçirilib: “Hansısa təhlükədən söhbət gedə bilməz. Ümumiyyətlə, ölkədə təkcə “qarayara” xəstəliyi ilə bağlı deyil, digər yoluxucu xəstəliklərlə də bağlı epizootik vəziyyət sabitdir”.
Qeyd edək ki, Ukraynanın Sumı vilayətində heyvanlar arasında "qarayara" xəstəliyinin aşkarlanması ilə əlaqədar Rusiyanın sərhədlərində əl yükləri ciddi yoxlanılır və həmin yüklərdə aşkarlanan ət məhsullarının Rusiya ərazisinə keçirilməsinə icazə verilmir.