Teleqraf.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, “Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib. İyunun 22-də dərc edilən qərar 30 gün sonra, iyulun 23-də qüvvəyə minir və 2 il müddətində qüvvədə olacaq.