22 İyul 2017 12:48
2 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox qürurluyam – əməyi qiymətləndirilən jurnalistlər arasında Azərbaycanın dünyada təbliği, erməni qəsbkarlarının Azerbaycana qarş işğalçılıq siyasəti barədə həqiqətləri dünya auditoriyasına çatdıran CBC televiziyasının əməkdaşları da var. Mən də onlardan biriyəm.

Teleqraf.com xəbər verir ki, bunu mənzillə təmin edilmiş CBC telekanalının əməkdaşı Günay Yelmarqızı bildirib.

Aparıcı daha sonra deyib: “Tam səmimi deyirəm ki, həyatımın ən böyük hədiyyəsini aldım. Çünki 18 illik fəaliyyətimə mənim dövlətim, prezidentim bu cür yüksək qiymət verdi. Sevinirəm ki, jurnalistikadakı milli maraqlara, dövlətçiliyimizə xidmət edən kiçik fəaliyyətim bu cür yüksək dəyərə layiq görüldü. Buna görə Prezident İlham Əliyevə sonsuz təşəkkürlər. Dövlət başçısının media sahəsinə diqqəti və jurnalistlərin fəliyyətinə verdiyi önəm Vətənimizin daha da möhkəmlənməsi, inkişafı və düşmən üzərində Böyük Qələbimiz naminə biz jurnalistlərin daha səmərəli, məhsuldar fəaliyyəti üçün böyük stimuldur. Təşəkkürlər, cənab Prezident”.

“Lider” Televiziyasının aparıcısı Mətanət Ağamirli də KİV təmsilçilərinə göstərdiyi növbəti diqqət və qayğıya görə ölkə başçısına təşəkkür edib.

O bildirib ki, iyulun 20-də çoxsaylı jurnalistlərlə görüşdə dövlət başçısının insanlara bəslədiyi səmimi, sevgi dolu münaibət, sadəliyi isə ikiqat sevgiyə, məhəbbətə, alqışa layiqdir: “Biz sizinlə fəxr edirik cənab Prezident”.

İctimai Televiziziyada department direktoru Anar Yusifoğlu bildirib ki, Azərbaycan mətbuatı bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub: "Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşib, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həmin çətinliklərin aradan qaldırılması istiqamətində önəmli addımlar atılıb, Konstitusiyamızda mətbuat azadlığı təsbit olunub, senzura ləğv edilib.

Ulu öndərimizin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən mətbuat sahəsinə göstərilən dövlət qayğısı da davamlı və ardıcıl xarakter alıb. Başqa sözlə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, söz, fikir və məlumat azadlığının tam təmin olunması, sərbəst şəraitdə yüzlərlə qəzet və jurnalın nəşri, jurnalistlərə fəxri adların verilməsi, onların orden və medallarla təltif olunmaları, mətbu fəaliyyətin maneəsiz həyata keçirilməsinə yaradılan imkanlar bu sahəyə dövlət qayğısının bariz nümunəsidir".

Anar Yusifoğlu bildirib ki, dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün bunaların tikilməsi, haqqı və xidməti olan media nümayəndələrinin mənzillə təmin olunmaları da həmin diqqətin parlaq ifadəsidir:

"Jurnalistlərin mənzillə təmin olunmalarından danışarkən, diqqəti bir məqama yönəltmək istərdim. 2010-cu ildən başlayaraq jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binlarının tikilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar uğurla reallaşdırılıb. Ən başlıcası mənzillərin paylanılmasında ədalət prinsiplərinin hər şeydən üstün tutulması, vicdanla qorunması diqqət mərkəzində olub.

Jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzilin bölgüsü də bunu bir daha təsdiq etdi. Eyni zamanda, sübut etdi ki, ölkəmizdə jurnalistlərin sosial problemlərinin həllinə dövlət səviyyəsində qayğı var. Mən də həmin binada mənzil alanlar sırasında olmaqla bu gün o qayğını öz üzərimdə hiss edirəm və belə bir sevinci mənə, ailəmə yaşatdığı üçün cənab Prezidentə təşəkkürümü bildirirəm".


Müəllif: Səxavət