Bunu Teleqraf.com-a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
Birliyin rəhbəri bildirib ki, zərərçəkən qadınla telefon əlaqəsi yaradıb: “Qadın bildirdi ki, özünə qəsd cəhdinə səbəb atasının onu hamının icində biabır etməsi olub. Başına küt alətlə vurub. Qadın da intihara cəhd edib. İlahədən soruşdum ki, ailənə geri qayitmaq imkanın varmı? Dedi ki, yox”.
Mehriban Zeynalova qeyd edib ki, qadın birliyin sığınacağında qalacaq: “Qadına bildirdim ki, xəstəxanadan çıxandan sonra sığınacağa gəl. Razılaşdı”.
Birliyin sədri əlavə edib ki, Samux rayon polis rəisinin müavini İlahə Pənəhovanın başının qayınanası tərəfindən qırxılması məsələsini təkzib edib.