Teleqraf.com xəbər verir ki, T.Kərimov bu təyinata qədər Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri işləyib.
Qeyd edək ki, Mingəçevir şəhər “Gənclər Evi” 16 aprel 2013-cü ildə istifadəyə verilib. “Gənclər Evi”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir.