28 İyul 2017 15:52
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın baş dövlət sanitar həkim müavininin qərarı ilə 2006-cı ildən toyuq dönərinin satışına və qida kimi qəbuluna qadağa qoyulub.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, həmin dönərləri bişirən zaman standart texnologiyalara əməl olunmur: “Eyni zamanda dondurulmuş ətdən istifadə olunur. Dönərxanaların özləri də sanitar- gigiyenik qaydalara cavab vermir. Xüsusilə isti havalarda toyuq dönəri ilə qidalanan insanlarda zəhərlənmə riski daha yüksəkdir”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, quruma hər həftə toyuq dönəri ilə bağlı şikayət zəngləri gəlir: “Monitorinqlər apardıq və məlum oldu ki, qadağan edilməsinə baxmayaraq, toyuq dönəri hələ də satışdadır. Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyevə məktub yazdıq ki, bu anormal vəziyyətin qarşısı alınsın. Qanunun yerinə yetirilməməsi Səhiyyə Nazirliyinin nüfuzdan salır.

Məktubda cavabda bildirildi ki, qadağanı aradan götürmək hələ məsləhət deyil. Əhali isə bildirir ki, bu qadağa quş qripi vaxtı olmuşdu. İndi quş qripi yoxdur və toyuq dönərlərinin mənşəyi məlumdur ki, toyuq ətindəndir. Tələbat da yüksəkdir”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər