1 Avqust 2017 19:34
4 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad olunmuş Məmmədova Arzu Fikrət qızı yüksək vəzifəyə təyin edilib.

Teleqraf.com "Strategiya.az"a istinadla xəbər verir ki, Arzu Məmmədova gənclər və idman naziri Azad Rəhimovun köməkçisi təyin edilib.

Xatırladaq ki, filologiya üzrə fəlsəfə doktoru olan Arzu xanım Məmmədova uzun müddət təhsil sahəsində çalışıb. Son 5 il müddətində isə Sabunçu Rayon İcra Hakimiyyətinin hümanitar məsələlər üzrə müavini vəzifəsini daşıyırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər