3 Avqust 2017 15:15
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində küçələrin üstündə iki ünvan olması və ya ümumiyyətlə ünvan yazılmaması Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim birqadasına ciddi maneələr yaradır.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, ünvanların düzgün yazılmaması, adsız küçələrin olması da həkimlərin ünvana çatmasında gecikmələrə səbəb olur:
“Paytaxtda yeni salınmış massivlər var ki, küçələrdə nömrələnmə işi aparılmayıb. Bəzən binaların üstündə təzə və köhnə ünvanlar qeyd edilir.

Dünən bir vətəndaş şikayət edib ki, təcili tibbi yardım briqadasının həkimləri çağırılan ünvana gec gəlıb. Araşdırma aparılanda məlum oldu ki, o, yaşadığı ünvanı düzgün deməyib”.

Baş həkim qeyd edib ki, ünvan çaşğınlığı aradan qaldırılmalıdır: “Həkimlərin işi xəstəyə kömək etməkdir. Düşüb ünvan axtarmaq deyil”.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun sözlərinə görə, küçələr və ünvanlama ilə bağlı bütün səlahiyyətlər icra hakimiyyətlərinə verilib:
“Ünvan təyin olduqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin küçə və ünvanlar bazaya daxil edilir”.

Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər