3 Avqust 2017 23:48
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 3 gündür yol polisi ölkə ərazisində "təmiz hava” aylığına start verib. Bir ay davam edəcək "təmiz hava” aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsidir.

Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bunun üçün avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələr ölçülür. Amma bu bir çox sürücülərin narazılığına səbəb olub.

Reyddə əsas məqsəd avtomobillərdən çixan zəhərli maddələrlə havanın çirklənməsinin qarşısını almaqdır. Onu da qeyd edək ki, minik avtomobillərində bu göstərici 3,5 faizə qədər, yük avtomobillərin də isə 2 faizə qədər olmalıdır.

Bir çox sürücü məhz texniki baxışdan dərhal sonra bu cür reydlərin keçirilməsini düzgün hesab etmir.

Ekoloji nəzarət postunun inspektoru Zaur Aslanovun sözlərinə görə, ekologiyanı çirkləndirənlərin çoxu ili köhnə olan avtomobillərdi. Zaud Aslanov sürücülərin iddialarına da cavab verib.

Normadan artıq atmosferə qaz buraxan 73 avtomobil sahibi barəsində elektron protakol tərtib edilməklə 50 manat məbləğində cərimə olunublar.

Reydlər ayın 31-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər