3 Avqust 2017 22:01
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan TV”-nin efirində rusca etdiyi çıxışlarda özünü ABŞ-da yaşayan jurnalist və siyasi mühacir kimi təqdim etməklə Azərbaycan hakimiyyətinin ünvanına sərt ittihamlar səsləndirən Beydulla Manafovla bağlı sensasiyalı məlumatlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, “strateq.az” saytı Avropada yaşayan azərbaycanlı jurnalistlərdən birinə istinadən B.Manafovun erməni lobbisinə bağlı fəaliyyət göstərdiyini yazıb.

Məlumata görə, ABŞ və Avropadakı mühacirlərə hakimiyyətin təqiblərindən yaxa qurtarmaq üçün ölkəni tərk etdiyini və ona görə də hakimiyyətə qarşı sərt mübarizə yolu tutduğunu söyləsə də, onun Azərbaycandan gediş səbəbləri əslində tamam başqa motivlər əsasında olub və hazırki siyasi fəaliyyətinin kökündə heç də iddia etdiyi kimi, “ölkəni demokratikləşdirmək istəyi” durmur.

Belə ki, B.Manafov əslində həyat yoldaşının erməni olmasına erməni lobbisindən bəhrələnmək şansı kimi baxıb və müvafiq təklif alan kimi ABŞ-a mühacirət edib. Onun özündən bir yaş böyük olan həyat yoldaşı Raisa Qaykovna 1946-cı ildə anadan olub və uzun müddət Nəsimi rayonunda yaşayıblar. “Beynəlmiləl” ailə hazırda Texas ştatında, Dallasda qalır. İki övladları var və hamısı da ABŞ vətəndaşlığı alıblar. Qızları Məlahət Manafova isə Losornio Antoni Ray adlı amerikalıya ərə gedib. Tez-tez Londona gəlib-gedirlər. Onların hamısının ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq almalarında erməni lobbisi mühüm rol oynayıb, lakin bunu gizlədirlər.

B.Manafov ixtisasca jurnalistdir, ancaq o, keçmiş kommunistdir, uzun müddət Nəsimi rayon Partiya Komitəsinin təlimatçısı işləyib və Sovet hökumətini təbliğ edib. Məlumata görə, B.Manafov böyük bir oyundadır və bu oyunu quranların başı da gedib birbaşa erməni lobbisinə, Qərbdəki xüsusi xidmətlərə bağlanır.

Maraqlı olan digər məqam Qənimət Zahidin öz verilişlərində B.Manafovdan mütəmadi olaraq ekspert kimi istifadə etməsi, erməni lobbisinə bağlı olan bu şəxsin Azərbaycana qarşı çıxışlarına tribuna verməsidir.

Məqalədə son vaxtlar erməni lobbisinin ABŞ və Avropada yaşayan azərbaycanlı mühacirləri necə ələ alması, öz tərəflərinə çəkmək üçün hansı vasitələrdən istifadə etməsi haqda geniş məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər