10 Avqust 2017 15:15
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havada müşahidə olunan toz lokal xarakter daşıyır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən 2017-ci il avqust ayının 10-da səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub. Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib.

Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər