Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə millət vəkili Qənirə Paşayeva yazıb. O, azərbaycanlı hərbçi Rüstəm bəyin qız övladına Hiranur adını verib:
“Atası oğlanın adını Ruslan qoydu. Rüstəm qardaşım telefonda “Qızımın adını siz qoyun”, - dedi və Ülkər bacım da çox şad olacağını söylədi. Dilimdən çıxan ilk kəlmə belə oldu oldu: Adınla mutlu ol, atalı-analı böyü, millətimizə, dövlətimizə faydalı bir övlad ol, Hiranur!
Bu gözəl qızın adı Hiranur oldu. Əziz qardaşım Rüstəm bəy və gözəl bacım Ülkər sizi təbrik edirik. Bu sevinci əziz dostlarıma yaşadan bütün insanlara burdan təşəkkürü özümə borc bliirəm. Məhmət bəy, Ufuk bəy, Cəlil bəy və Mərkəzi Klinik Xəstəxananın baş direktoru İxtiyar müəllim, əməliyyatı həyata keçirən Ramin həkim və dəstək olan bütün həkim və tibb bacıları sizə təşəkkür edirəm. Dünyada bir ananın gülüşündən gözəl heç bir şey ola bilməz. Bir ailəyə sevinc bəxş etdiyiniz üçün təşəkkürlər. Bu əkiz mələklərə bol-bol dua edin, əziz dostlar!”