16 Avqust 2017 13:04
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Unicapital İnvestisiya şirkəti” Açıq Səhmdar Cəmiyyəti dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə, investisiya şirkətlərinin yanvar-iyul ayları üçün renkinqinə başçılıq edir. Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, şirkətin bu dövrdə müştərilərə göstərdiyi xidmətinin həcmi 2 mlrd. 641 mln. 768,65 min manat olub. Bu xidmətin əsas hissəsi 1,3 milyard manata yaxını səhm əməliyyatları ilə bağlı olub.

Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında lider mövqeyini günü-gündən artırmaqdadır. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan Unicapital İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital İnvestisiya Şirkəti istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər