19 Avqust 2017 00:16
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Toyota” avtomobil bazarında daha bir ilkə imza atıb.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, şirkətin tətbiq etdiyi yeni texniologiya ilə avtomobillərdə A sütünları görünməz olacaq.

Bu cihazın tətbiqi ilə sürücülərin baxış bucağı 180 dərəcəni əhatə edəcək.

Yeni texnologiyanın patentini ABŞ-ın Marka Ofisindən alan “Toyota” bunun o qədər də baha başa gəlməyəcəyini bildirib:

“Əşyaların gözə görünməməsini təmin edən digər texnoloji variasiyalarda bahalı kameralardan istifadə edilir. Bu tətbiq avtomobillərin qiymətində kəskin fərq yarada bilər.

Bizim istifadə edəcəyimiz texnologiyada isə əsasən güzgü vasitəsilə işığın bükülməsindən istifadə olunur.

Bu texnologiya baha başa gəmədiyi üçün avtomobillərin də qiymətində kəskin artım gözlənilmir”.

Şirkət rəsmiləri yaxın gələcəkdə texnologiyanın tətbiqi ilə bağlı daha geniş məlumat verəcəklərini qeyd ediblər.


Müəllif: Elçin Murad

Oxşar xəbərlər