Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bu gün Qazaxıstanın paytaxtı Astanaya səfər edir.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində deputat “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək Elm və Ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.
Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə ATƏT PA-nın həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına məlumat verəcək və bu istiqamətdə digər beynəlxalq qurumlarla əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək.
Səfər çərçivəsində Azay Quliyevin Qazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilərlə görüşləri də nəzərdə tutulub.