31 Avqust 2017 12:17
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son zamanlar süni mayalanma halları artıb.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova deyib.

Onun sözlərinə görə, sonsuzluq hallarının baş verməsində kişi faktorları da üstünlük təşkil edir: “Son zamanlar süni mayalanma halları artıb. Sonsuzluğun səbəbləri müxtəlifdir. Ölkəmizdə sonsuzluq halları daha çox kişilərlə bağlıdır. Onlarda olan infeksiya və digər problemləri sonsuzluğun səbəbləri kimi göstərmək olar”.

Şöbə müdiri qeyd edib ki, hamiləliyin düzgün idarə olunmasının əsas nüanslardan biri risk faktorlarının vaxtında aşkarlanmasıdır: “Hamiləlikdə risk faktorlarına sosial-bioloji, mama-ginekoloji və ekstragenekoloji faktorlar daxildir. Sosial bioloji faktorlara ananın yaşının 18-dən az, atanın zərərli vərdişləri və s. aiddir. Mama- ginekoloji faktorlara çoxsaylı doğuşların olması, hamiləliyin sonlandırılması, sonsuzluq, induksiya olmuş hamiləlik aiddir. Ekstragenital faktorlara ağciyər, böyrək, ürək-damar xəstəlikləri daxildir. Qadın yalnız hamilə vaxtı deyil, hamiləlikdən öncə həkimə müraciət etməli və hamiləliyə sağlam başlamalıdır".

Şöbə müdiri qeyd edib ki, risk qruplarına aid olan hamilə qadınlara vaxtında profilaktika aparılarsa, onlarda problem olmaz: "Qadınların çəkisi, yaş faktoru, şəkərli diabet olması əsas rol oynayır. Bütün bu problemlər vaxtından əvvəl doğuşlara səbəb olur".


Müəllif: İlhamə

Oxşar xəbərlər