31 Avqust 2017 23:55
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlıq. 31 avqust 2012-ci il, 5 il əvvəl cənab Prezidentimizin xalqımıza bəxş etdiyi belə bir sevinci inşallah yaxın gələcəkdə şanlı ordumuzun qələbəsi ilə Şuşada, Xankəndində yaşayarıq.

Teleqraf.com xəbər verir ki bu sözləri Azərbaycan ordusunun zabiti, mayor Ramil Səfərov özünün rəsmi instaqram səhifəsində Macarıstandan ekstradisiya olunaraq Azərbaycan Prezidentinin sərəncamı ilə əfv olunması barədə xatirəsini bölüşərkən qeyd edib.

Qeyd edək ki, Ramil Səfərov 2012-ci ilin avqustun 31-də Macarıstandan ekstradisiya olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib. O, hazırda milli orduda xidmət edir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər