Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları ancaq erməni cəmiyyətini aldada bilər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər:
"Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdarıq. Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".