Ağdam rayonunun Zəngişalı kəndindən olan sakinlər evdə bişən peraşkidən zəhərlənib.
Bunu Teleqraf.com-a açıqlamasında Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Bəhrəm Qurbanov deyib.
Onun sözlərinə görə, zəhərlənənlərin vəziyyəti yaxşıdır: “Ailə üzvləri evdə bişən peraşkidən yedikdən sonra zəhərləniblər. Üç nəfər isə evə buraxılıblar. Digər şəxslər də bu gün evə buraxılacaq”.
Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən zəhərlənənlər Süleymanova Radə Mirzəli qızı, Həsənova Bəsurə Səməd qızı, Süleymanova Nərminə Mətləb qızı, Süleymanova Telli Səməd qızı, Süleymanov Nicat Şöhlət oğlu və Həsənova Nuranə Üzeyir qızıdır.