12 Sentyabr 2017 14:22
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 8 ayı ərzində evdə doğuşlarla bağlı Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 68 müraciət olub.

Teleqraf.com xəbər verir ki, bunu Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva deyib.

Onun sözlərinə görə, evdə doğuşu həyata keçirilən ana və uşaqların hamısı təcili yardım həkimləri tərəfindən hospitalizasiya olunur: “Təcili yardım həkimləri hadisə yerinə çatanda artıq doğuşlar bitmiş olur. Evdə doğuşları adətən 2-3-cü hamiləliyi olan qadınlar edir. Birinci hamiləlikdə evdə doğuşlara çox az rast gəlinir".

İradə Əliyeva qeyd edib ki, Bakıətrafı kəndlərdə yaşayan əhali arasında evdə doğuş halları daha çox olur. "Araşdırma zamanı məlum okur ki, evdə doğuşu həyata keçirilən qadınlar qadın məsləhətxanalarına hamiləlik boyu ya getməyib, ya da 1-2 dəfə gedib".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər