Onurğa sütununun bütün xəstəliklərinin biotənzimləyici təbabət üsulları ilə müalicəsi mümkündür.
Axar.az xəbər verir ki, bu haqda alman mütəxəssisi, vertebroloq, naturopat, biotənzimləyici təbabət üzrə ekspert (University Milan/ ÜST), dr. med. Qerhard Reys məlumat verib.
Onun sözlərinə görə, son dövrlər dünyada onurğa sütunu xəstəliklərindən əziyyət çəkən insanların sayının artması ilə bağlı fikirlər tamamilə həqiqətə uyğundur:
“Bunun bir səbəbi diaqnostika sahəsinin ilbəil daha da inkişaf etməsidirsə, digər önəmli səbəb insanların azhərəkətli həyat tərzi keçirməsi, fiziki aktivliklərinin azalmasıdır. Hazırda əksər şəxslər, hətta azyaşlı uşaqlar günün çox hissəsini kompüter qarşısında, oturaq vəziyyətdə keçirir. Nəticədə əzələ zəifləyir, oynaqlara, fəqərə sütunundakı disklərə daha çox yük düşür. Bu isə öz növbəsində bir sıra onurğa sütunu xəstəliklərinin yaranmasına gətirib çıxarır”.
Qeyd edək ki, 18.09.17 - 22.09.17-ci il tarixlərində alman mütəxəssisi, vertebroloq-osteopat Dr. Qerhard Reys Bioloji Təbabət klinikasında:
• Vertebral ağrılar
• Radikulit, lyumboişalgiya
• Skolioz, kifoz
• Osteoxondroz
• Fəqərəarası disk yırtığı
• Protruziya, sekvestrasiya kimi onurğa sütunu xəstəlikləri üzrə xəstə qəbulu keçiriləcək!
Əlaqə nömrəsi: Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110
Telefon: (012,050,055,070) 430 89 89