Son 2 ildə 43 Azərbaycan vətəndaşı Çində, 41 Çin vətəndaşı isə ölkəmizdə qarşılıqlı təqaüd hesabına təhsil almaq hüququ qazanıb.
Teleqraf.com-un xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bunun Azərbaycan və Çin təhsil nazirlikləri arasında imzalanmış anlaşma memorandumu əsasında mümkün olduğunu bildirib.
O qeyd edib ki, bu tələbələr təhsil almaqla yanaşı ölkənin tarixini, mədəniyyəti, inkişaf yolunun öyrənməsi və xalqlar arasında dostluğun güclənməsində mühüm rol oynayacaqlar.
Nazirin sözlərinə görə, Azərbaycan təhsil sistemində də informatika fənninin məzmununa yenidən baxılır: "Digər fənlərdə İnformasiya Texnologiya biliklərinin tədrisinə yönəlmiş xüsusi proqramlar tətbiq edilir. 2017-ci tədris ilində onlarla məktəb İT sahəsi üzrə yeniləşmiş proqramın tədris olunduğu pilot layihəyə cəlb ediləcək”.
Nazir qeyd edib ki, 2019-cu ildə Azərbaycanda keçiriləcək beynəlxalq informatika olimpiadası bu sahədə zəruri işlərin görülməsini vacib edir.