Prezident İlham Əliyev Aleksandr Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Pavloviç Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.