Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktorunun işdən çıxarıldığı barədə məlumatlar yayılıb.
APA-nın xəbərinə görə, məlumatlarda bununla bağlı valideynlərin etiraz aksiyası keçirəcəyi bildirilib.
Valideynlər məktəb lisey kompleksinin direktoru Qafar Hüseynov vəzifəsinə bərpa olunmasa, övladlarını məktəbə qoymayacaqlarını qeyd ediblər.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir”.