Bu gün Serbiya paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) konfransı başlanır.
Konfransın işində EANA-nın üzvləri, o cümlədən 2008-ci ildən bu təşkilatın üzvü olan Azərbaycan Dövlət İnformasiya Agentliyi də iştirak edir.
Budəfəki konfrans “Videoxəbərlərin yaradılması və maddiləşdirilməsi. Redaktorların yeni çağırışlara hazırlanması” mövzusuna həsr edilib.
Konfransda Azərtac-ı bu agentliyin Almaniyadakı xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov təmsil edir. Konfransın gündəliyində V.Seyidovun qısa çıxışı nəzərdə tutulur. O, videoxəbərlər yaradılması sahəsində Azərtac-ın qazandığı nailiyyətlər barədə hesabat təqdim edəcək.
Sabah EANA-nın Baş Assambleyasının iclası olacaq.