22 Sentyabr 2017 11:54
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobildə gizlədilən pirotexniki vasitə və fişənglər gömrükdə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin kapotunda və alt hissəsində, üzərində "Petards" yazısı olan 30 blok (hər birində 10 qutu olmaqla) pirotexniki vasitə, həmçinin üzərində "Magical candle 40 boll" yazısı olan 9 blok (hər birində 10 ədəd olmaqla) və üzərində "25 shots cake" yazısı olan 16 ədəd fişənglər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Şəfiqə