22 Sentyabr 2017 16:42
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk-2019 II Avropa oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və oyunlara hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədi ilə 21 sentyabr tarixindən bu ölkədə rəsmi səfərdə olan Gənclər və İdman naziri Azad Rəhimov TVR.BY və CTV.BY kanallarına müsahibə verib.

Teleqraf.com-un məlumatına görə, Azad Rəhimov bildirib ki, bu səpkili mötəbər yarışlara hazırlıq prosesi çərçivəsində baş tutan koordinasiya komissiyasının iclası çox böyük əhəmiyyət daşıyır: “Bu gün buraya dünyanın müxtəlif ölkələrindən Olimpiya, Avropa oyunları, Dünya çempionatlarında çox böyük təcrübəsi olan mütəxəssislər təşrif buyurub. Təbii ki, Koordinasiya Komissiyasının əsas məqsədi Minsk-2019 II Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərilməsidir”.

Nazir qeyd edib ki, Avropa oyunları zamanı Azərbaycan idmançılarının Atletlər kəndində yaşamaları, onların bu mühit ilə yaxından tanış olmaları, eyni zamanda, idman yarışlarında çox güclü rəqibləri ilə mübarizə aparmaları, Rio-2016 Yay Olimpiya oyunlarına psixoloji, fiziki və mənəvi cəhətdən hazır olmaları üçün birbaşa zəmin yaratdı: “Mən Azərbaycan idmançılarının Rio-2016 Olimpiya oyunlarından vətənə 18 medalla qayıtmasını birbaşa onların bir çoxunun Atletlər kəndində yaşamaları, bu mühit ilə yaxından tanış olmaları, Avropa oyunlarında gərgin keçən mübarizə şəraitində qüvvələrini sınamaları ilə bağlayıram.”

Azad Rəhimov Azərbaycanın mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bununla da kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışıb, 2019-cu il üçün Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyünü təklif olaraq irəli sürüb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər